Siyasət

Azərbaycan Türkiyədən hərbi təyyarələr və PUA gəmisi ala bilər

5 Dekabr 2021 21:22
0 Şərh     Baxış: 1 562

"Azərbaycan Türkiyənin "Hürkuş" (TUSAŞ şirkətinin istehsalı-red) təlim təyyarəsi ilə maraqlanır".

Bunu Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin rəhbəri İsmayıl Demir deyib.

Milli.Az "Hürriyet"ə istinadən bildirir ki, İ.Demirin dediyinə görə, "TCG Anadolu" amfibiya-hücum gəmisinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Bu gəmi dünyada ilk döyüş PUA-ları daşıyacaq gəmi olacaq.

"Layihə ilə Azərbaycan da maraqlanır. Bu istiqamətdə tezliklə proseslərin inkişafını görəcəyik", - İsmayıl Demir söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan "Hürkuş" təlim təyyarəsi ilə xüsusilə maraqlanır.

Srağagün Azərbaycanda Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə 2 "Hürkuş" hərbi təyyarəsinin nümayiş uçuşları icra olunub.

Milli.Az

Milli.Az

 

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.