Siyasət

“Qoca şir” erməni yalanına nə cavab verəcək?

3 Dekabr 2021 11:24
0 Şərh     Baxış: 2 216

Dekabrın 10-da Britaniya parlamentində qondarma "erməni soyqırımı"nın rəsmən tanınmasını nəzərdə tutan qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

Qanun layihəsinin təşəbbüskarı və maliyyə (lobbi) dəstəkçisi Britaniya Erməni Milli Komitəsidir (Armenian National Committee of the United Kingdom, ANC UK).

Bu quruma tam dəstək verən digər struktur isə Britaniya Kiprlilərinin Milli Federasiyasıdır (National Federation of Cypriots in the UK, NFK UK).

Qanun layihəsinin müzakirəsi ilkin olaraq təyin edilib. Parlamentin gündəmindən asılı olaraq müzakirələrdən sonra debatların aparılıb-aparılmayacağına qərar veriləcək.

Xatırladaq ki, noyabrın 9-da sözügedən qanun layihəsi Britaniya parlamentinin İcmalar Palatasında ilk oxunuşda qəbul edilmişdi.

Güya 1915-ci ildə Osmanlı Türkiyəsində törədilmiş qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsinin "rəsmi müəllifi" britaniyalı Tim Loutonur.

Sənəd üç əsas bənddən ibarətdir ki, onlar belədir: "Osmanlı Türkiyəsində 1915-1923-cü illərdə ermənilərin soyqırıma məruz qalmalarının rəsmən tanınması", "erməni soyqırımı qurbanlarının xatirəsinin hər il anılması", "erməni soyqırımı, habelə bununla bağlı olaraq Türkiyədə insan haqlarının pozulması və hərbi cinayətlərlə bağlı cəmiyyətə məlumatlar verilməsi, maarifləndirmə".

Britaniya parlamentində bu qanun layihəsinin qəbul edilərək təsdiqlənmə şansı çox azdır, çünki rəsmi Londonun Ankara ilə olan əlaqələri, qarşılıqlı maraqlı və s. ilə yanaşı, britan isteblişmentinin reallıq hissini itirməməsi bəlli məsələdir.

Uydurma və qondarma "erməni soyqırımı" məsələsinin sadəcə, saxta tarixi iddia yox, həm də Türkiəyə qarşı absurd maddi təzminat və ərazi iddiaları ilə sonuclana biləcəyini Londonun siyasi elitaları bilirlər. Britaniya parlamentindəki ermənipərəst, daha doğrusu, erməni diaspor təşkilatlarının maliyyəsinə göz dikmiş deputatların istəkləri, habelə Londondakı yunan və kiprli yunan icmalarının cəhdləri onillərdir səngimir.

Londonun indi hansı mövqe tutacağı gözlənilən olsa da, maraqlıdır.

"Britaniyanın dostları yox, maraqları var" ifadəsi konseptual aktuallığını itirmədiyinə görə.

"Qoca şir"dən erməni yalanına cavab gözləyirik.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.