Gecə oxusu

Gecə oxusu: Aqşin Yeniseyin yeni şeiri

11 Sentyabr 2013 00:30
7 Şərh     Baxış: 15 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kulis.az-a istinadən şair Aqşin Yeniseyin yeni şeirini təqdim edir.

 "Unudulum hamınızın yerinə"

İcazə verin, başımı aşağı sallayım

Unudulum hamınızın yerinə.

İcazə verin, sizi atıb getmiş sevgiliniz olum

Puç olmuş arzularınız, ölmüş ümidləriniz olum

Qazanıb itirdiyiniz pulunuz olum.

İcazə verin, hər şeyiniz, hamınız olum,

Günəşə yaltaqlanan kölgəniz olum.

İcazə verin, mən də bir az siz olum.

Gecələr elə şirin yatırsınız ki, elə bil, ölməkdən ötrü darıxırsınız.

Elə bil, yatmağı ölməkdən ötrü öyrədiblər sizə.

Ayrılıq sevginin ifşasıdır.

Biz bir-birimizdə gizlənmişdik sevəndə.

Ayrıldıq... üzə çıxdıq.

Sevgi bizi geyindirmişdi, ayrılıq bizi soyundurdu.

Necə ki, köhnə külək hər il yeni yarpaqlara tökülməyi öyrədir.

İcazə verin, sizə, yəni bir-birini ayağının altına qoyub ucalanlara qoşulmayım,

Xoşbəxtliyin xəndəyinə yıxılmaq üçün.

İcazə verin, mən günə baxmayan günəbaxan olum.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.