Mobil telefon

iOS 11.4 Jailbreak edilə biləcək

15 May 2018 08:35
0 Şərh     Baxış: 561

İstifadəçilərin bir çoxu iOS sistemini Jailbreak edərək əlavə funksiyalar əldə edir. Amma Apple şirkəti buna qarşı olduğu üçün bu açıqlar bağlanır. Bir müddət əvvəl yayımlanan iOS 11.4 Beta 4 üçün Jailbreak proqramı hazırdır. Bu ona işarət verir ki, əgər Apple bir sonrakı Beta-da bu açıqları bağlamasa 11.4 sistemini Full-Jailbreak etmək mümkün olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, iOS 11.4 Beta 4 sistemi üçün Houdini Beta 3 adlı Jailbreak proqramı artıq hazırdır. Proqram Semi-Jailbreak olaraq hazırlanıb.    

Müxtəlif Apple cihazları ilə testlər aparan Abraham 'cheesecakeufo' Masri adlı şəxs iOS 11.4 Beta 4 yenilənməsi üçün Jailbreak hazırladı. Lakin hələki tam olaraq bütün sistemi əhatə etmədiyi üçün Semi-Jailbreak hesab olunur. Əgər Apple bir sonrakı yenilənmələrdə bu açıqları bağlamasa, iOS 11.4 sisteminin stabil versiyası da Jailbreak edilə biləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.