Mobil telefon

Huawei P20 Pro” smartfonunu təqdim olundu

31 Mart 2018 07:41
0 Şərh     Baxış: 2 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Huawei" şirkəti tərəfindən Parisdə təqdim edilmiş "P20 Pro" adlı yeni qabaqcıl smartfonun əsas özəlliyi "Leica" ilə əməkdaşlıq çərçivəsində yaradılmış üç qat əsas kameradır. Həmçinin şirkət ikiqat kameraya malik "P20" aparatını təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Huawei P20 Pro" smartfonu 2240x1080 piksel təsvir ölçülü və tərəflər nisbəti 18,7:9 olan 6,1 düymlük OLED displeylə təchiz edilib. Smartfonun ön tərəfində "iPhone X" qurğusunun ekranında olduğu kimi kiçik açıq yer nəzərdə tutulub. O hissədə dinamik və 24 meqapiksellik ön kamera yerləşəcək, barmaq izləri skaneri isə ev düyməsinə yerləşdirilib. Aparat müxtəlif mobil proqramlarda kompüter təlimindən istifadəyə imkan verən neyron soprosessora malik "Kirin 970" prosessoru ilə təchiz edilib. Smartfon 6 QB-lıq əməli yaddaş, 128 QB-lıq daxili yaddaşa malikdir. "IP67" standartı üzrə toz və sudan qorunmuş akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.

Smartfonun üç qat əsas kamerası 40 meqapiksellik təsvir ölçüsünə malik RGB-sensor və 8 meqapiksellik telefotomoduldan ibarətdir. Bir qədər aşağı hissədə 20 meqapiksellik monoxrom (ağ-qara) modul yerləşdirilib.

"Huawei P20" smartfonu isə 2244x1080 piksel təsvir ölçüsünə malik 5,8 düymlük LCD ekran, 20 və 12 meqapiksellik təsvir ölçülü modullardan ibarət ikiqat əsas "Leica" kamerası, 4 QB-lıq əməli yaddaş, 3400 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. "P20 Pro" qurğusu kimi "P20" aparatı da "Android 8.1" sisteminin idarəetməsi altında işləyir və sahibinin sifətinin tanınması vasitəsilə qurğunu blokdan çıxartmaq sistemini dəstəkləyir.

"Huawei P20" və "P20 Pro" smartfonları qara, qızılı, çəhrayı, göy və yasəmən rənglərində əlçatan olacaqlar. 6 apreldə satışa çıxarılacaq bu aparatların Avropada qiyməti müvafiq olaraq 649 və 899 avro təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.