Mobil telefon

İlk oyun smartfonu buraxılıb

14 Noyabr 2017 08:21
0 Şərh     Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Razer" şirkəti Londonda keçirilən təqdimatda oyun həvəskarları üçün nəzərdə tutulan ilk "Razer Phone" smartfon modelini təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu yüksək məhsuldarlıqlı "Snapdragon 835" prosessor, 4 min milliamper/saat tutumlu akkumulyator və 8 giqabaytlıq operativ yaddaşla təchiz edilib.
 
Məlumata görə, smartfon rekord yenilənmə tezlikli (120 QHs) 5,72 düym diaqonallı ekrana malikdir. Displey oyun zamanı çağırışa cavab vaxtını azaltmağa, interfeysi daha həssas etməyə, təsviri vertikal və horizontal şəkildə göstərməyi rəvanlı etməyə imkan verir. "Razer Phone" smartfonu "microSD" kartının qoşulma imkanı ilə 64 giqabaytlıq quraşdırılmış yaddaş, "Wi-Fi 802.11a/b/g/n/AC", "Bluetooth 4.2" və "NFC" çipi ilə təchiz olunub. Barmaq izi skaneri yan tərəfdə yerləşən işə salma düyməsinə quraşdırılıb.

Smartfon iki - qoşa 12 meqapikselli əsas (enlibucaqlı və teleobyektiv) və 8 meqapikselli ön kameraya malikdir. Qurğu satışa çıxarılan zaman "Android Nougat 7.1.1" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək, lakin növbəti ilin birinci rübündə əməliyyat sisteminin "Android Oreo" (8.0) versiyasınadək yenilənməsi gözlənilir.

"Apple" şirkətinin yaratdığı tendensiyaya əməl edən "Razer" qurğuda qulaqcıqlar üçün 3,5 millimetrlik çıxış quraşdırmayıb. Şirkət nümayəndələri bunu smartfonun daxilində akkumulyator və dinamiklər üçün yer çatışmazlığı ilə izah ediblər.
 
Noyabrın 17-dən etibarən Şimali Amerika və Avropada satışa çıxarılacaq smartfonun qiyməti 600 dollar təşkil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.