Mobil telefon

Bu smartfon ekranını bərpa edəcək

20 Avqust 2017 18:20
0 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Lenovo Group" şirkətinə məxsus olan ABŞ-ın "Motorola Mobility" ka şirkəti özü bərpa olunan displeyə malik smartfonu patentləyib. ABŞ-ın "SlashGear" internet portalının məlumatına görə, aparatdan ayrılan istilik plastik və ya polimer şüşədən hazırlanmış displeydəki xırda cızıqları bərpa edə bilər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, jurnalistlər şirkət tərəfindən ixtira üçün alınmış patentin surətini ələ keçirməyə nail olublar. Yeni smartfon ekrandakı zədələnmənin xarakterini (kiçik çat və cızıq) özü müəyyənləşdirərək bu barədə istifadəçini xəbərdar edəcək.
 
Şüşənin özünü bərpa etmə prosesi istifadəçinin komandası üzrə işə düşür. Smartfonun yaddaşında ekranın ilkin forması haqda informasiya saxlanılır. Aparata qurulmuş istilik elementi ekranda göstərilmiş sahəni isidir və zədələri bərpa edir.
 
Lakin yeni texnologiya bütün zədələri (məsələn, tamamilə sınmış ekran) aradan qaldıra bilməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.