Mobil telefon

Daha bir şok: 100 min intim foto və video yayıldı - FOTO

13 Oktyabr 2014 09:22
0 Şərh     Baxış: 5 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclər və yeniyetmələr arasında çox populyar olan Snapchat messencerinə haker hücumu olub. Hakerlər bu messencer istifadəçilərinin 100 mindən artıq intim videolarını və fotolarını 4chan forumunda yayıblar.
 

Milli.Az Gizmodo-ya istinadən bildirir ki, Snapchat istifadəçiləri bu videolarla fotoları avtomatik silməyərək mobil telefonun yaddaşında saxlamışdılar.

Ekspertlərin fikrincə, hakerlər bu materialları bir neçə il ərzində yığıblar. Onlar Snapchat vasitəsilə göndərilən və alınan fotoları avtomatik silməyə mane olan əlavə proqramların mobil telefonlara yüklənməsindən faydalanıblar.
 

Snapchat proqramı iOS və Android platformalarında çalışan mobil telefonlar vasitəsilə videolar, mesajlar, fotoların mübadiləsinə imkan verir. Servisin özəlliyi material göndərən şəxsin 1-10 saniyə ərzində vaxt məhdudiyyəti qoymaq imkanına malik olmasıdır. Həmin vaxtdan sonra məlumat mobil telefondan və Snapchat serverlərindən silinir.
 

Servis vasitəsilə indi hər gün 350 milyona yaxın məlumat göndərilir.
 

Spanchat rəhbərliyi hakerlərin yaydığı video və fotoların əlavə proqramlardan istifadə olunaraq göndərildiyini bəyan edib: "Bir daha bəyan edirik ki, Snapchat-ın serverləri "sındırılmayıb və biz bu fotolarla videoların yayılmasına rəvac verməmişik".
 

Xatırladaq ki, yanvarda da Snapchat-a haker hücumu olmuş, 4,6 milyon istifadəçinin fotoları ilə videoları yayılmışdı.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.