Mobil telefon

Desire 510 smartfonu göstərildi

28 Avqust 2014 22:54
0 Şərh     Baxış: 1 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
HTC şirkəti Desire 510 smartfonunu nümayiş etdirib: ucuz aparat LTE şəbəkəsini dəstəkləyir, həmçinin 1,2 QHs takt tezlikli dördnüvəli 64 bitlik Qualcomm Snapdragon 410 çipi ilə təchiz edilib.

Cihaz 480×854 nöqtə təsvir ölçülü 4,7 düymlük ekran, 1 QB həcmində əməli yaddaşla təchiz edilib.

Milli.Az ICTnews-ə istinadən bildirir ki, HTC Desire 510 smartfonunda daxili yaddaşın həcmi 8 QB təşkil edir, microSD yaddaş kartı üçün slot var. Smartfon, həmçinin 5 meqapiksellik əsas kamera və 0,3 meqapiksellik ön fotomodul, simsiz rabitə modulları dəsti, GPS və QLONASS modulları ilə təchiz olunub.

Akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.