Cihaz 480×854 nöqtə təsvir ölçülü 4,7 düymlük ekran, 1 QB həcmində əməli yaddaşla təchiz edilib.
Milli.Az ICTnews-ə istinadən bildirir ki, HTC Desire 510 smartfonunda daxili yaddaşın həcmi 8 QB təşkil edir, microSD yaddaş kartı üçün slot var. Smartfon, həmçinin 5 meqapiksellik əsas kamera və 0,3 meqapiksellik ön fotomodul, simsiz rabitə modulları dəsti, GPS və QLONASS modulları ilə təchiz olunub.
Akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir.
Milli.Az