Kulinariya

Mətbəx sirləri: Toyuq ciyərindən paştet - FOTO

25 May 2015 07:00
2 Şərh     Baxış: 2 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az toyuq ciyərindən paştetin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q toyuq ciyəri
100 q kərə yağı
5 x.q. zeytun yağı
100 ml bəyaz şərab
2 baş soğan
1 diş sarımsaq 
100 ml yağlı qaymaq 
duz
qara istiot
muskat cevizi
kəkotu

Soğanı halqa, sarımsağı xırda doğrayın. 

Kərə yağının yarısını əridin, içinə kəkotu budaqları atın, 1 dəqiqə qaynayandan sonra kəkotunu çıxarın, soğan və sarımsağı qovurun. 

Qaraciyəri əlavə edib 8-10 dəqiqə bişirin, çox qurutmayın. 

Şərabı və 1 çimdik muskat cevizini əlavə edin. Duz-istiot vurun. 

Daha 5 dəqiqə bişirin. 

Qaymağı əlavə edin. 

Qaymaq qaynamağa başlayan kimi tavanı ocaqdan götürün. 

Hamısını eynicinsli kütlə alınanadək blenderdə xırdalayın. 

Kərə yağının qalanını əridin, ayranını süzün. Yağı paştetin üzərinə gəzdirin. 

Soyuducuya qoyun. 

Nuş olsun! 

Resept: vk.com/academy_main

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.