Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən badımcan dolmasının hazırlanma qaydasını təqdim edir
Tərkibi:
10 badımcan
10 bibər
10 pomidor
1 kq mal əti
200 q quyruq
2 soğan
keşniş
şüyüd
reyhan
duz, istiot
Əvvəlcə qiyməni hazırlamaq lazımdır. Bunun üçün əti ətçəkən maşının iri gözündən çəkib, üzərinə doğranmış soğan və duz əlavə edib bişirin. Qiymənin suyu çəkilib, hazır olana yaxın pomidorların içərisinin sulu hissəsini çıxarın, xırdalayıb ətin üzərinə əlavə edib 5 dəqiqə də belə qovurun. Qiymə tam hazır olduqda doğranmış göyərtiləri əlavə edib, qarışdırıb ocağı söndürün.
Sonra tərəvəzlər hazırlanır. Əvvəlcə bibərin saplaq hissəsini qapaq formasında kəsib içinin tumlarını təmizləyin, sonra badımcanın qabığını 1-2 yerdən soyub, orta hisəsini kəsib çıxarın. Sonra içləri çıxarılmış tərəvəzləri duzlayıb-istiotlayın və hazırladığınız qiymədən doldurun. Badımcanların əvvəlcədən kəsib-çıxardığınız iç hissələrini tavanın dibinə yığıb (belə etdikdə dolmaların alt hissəsinin yanma ehtimalı az olar) üzərinə yağ və bir az da su tökün. Pomidor və bibərlərin də içini qiymə ilə doldurduqdan sonra kəsdiyiniz üst hissələrini qapaq formasında üzərinə qoyub, badımcanlarla birgə tavaya yığın. Tavanı əvvəlcə qaynar ocağın üstünə qoyun, yeməyin suyu qaynayan kimi, alovu azaldıb, zəif odda 1-1,5 saat bişirin. Badımcanlar yumşaldıqda yemək bişmiş sayılır. Badımcan dolmasının yanında süfrəyə sarımsaqlı qatıq da vermək olar.
Nuş olsun!
Milli.Az
Kulinariya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Mətbəx sirləri: Badımcan dolması
5 May 2015 07:00
0 Şərh
Baxış: 6 626

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu Avropa ölkəsi Rusiyaya nota verdi
-
Rəqsanədən boşanma iddialarına CAVAB: "Ayrıldıq səninlə, boşandıq BİTDİ" - VİDEO
-
Ərdoğan Xankəndi ilə bağlı paylaşım etdi - VİDEO
-
Nərimanovda zəncirvari QƏZA - FOTO
-
Bakıda Çin maşını alan şəxsin başına görün nə iş gəldi - FOTO
-
Mətanət "Xəzər axşamı"ndan gedir
-
Klublararası dünya çempionatında ilk yarımfinalçlar bəllidir
-
Bu gün Aşuradır
-
Bu il ən çox qazanan müğənnilər - siyahı
-
Şahruddin İspaniya nəhənginə çağırış etdi: "Real Madrid", mənə zəng et" - VİDEO - FOTO
-
Tikinti materialları bahalaşdı - VİDEO
-
Çinli qız Bakıda 4 aya 400 maşın SATDI - VİDEO
-
Amerikalı alimlər dəniz altında işləyən mikroskop hazırlayıb
-
Bu məhsul marketlərdən yığışdırılır - Təhlükəli bakteriya aşkarlanıb
-
Sevda rəqsi ilə "yandırıb-yaxdı" - VİDEO
-
Çiyələkdən kökəlmək mümkündürmü? – Gözlənilməz fakt!
-
Azərbaycanlı müğənni dənizdən VİDEOsunu yaydı
-
Bakı sakini telefon almaq istədi, dələduzluğun qurbanı oldu - VİDEO
-
“Qəbələ”nin yeni transferi
-
Günün qoroskopu: Uzaqdan gələn xəbərlər sevindirə bilər
-
“Klon”un Hadesindən Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO
-
Xoşqədəmlə Doğuşun ailəsində yeni körpə sevinci - VİDEO
-
Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub - FOTO