Kulinariya

Mətbəx sirləri: Boranı-plov - FOTOSESSİYA

28 Fevral 2013 07:00
11 Şərh     Baxış: 46 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qarnir

Tərkibi:

1 toyuq
750 q boranı
4 baş soğan
200 q badam
60 q ərinmiş yağ
duz
sarıkök



Badamın üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Aşsüzənə yığıb qabığını təmizləyin.



Toyuğu doğrayın, soğanı yarımhalqa doğrayın. Boranını orta ölçülü kublara doğrayın.



Bunların hamısını ayrılıqda ərinmiş yağda qovurun. Soğanı əvvəlcə ağzıbağlı tavada qovurun, sonra isə qapağını açaraq qızardın.
 


Toyuğu ağzıbağlı tavada bişirin. Duz vurun, qıpqırmızı qızaranda ocaqdan götürün.



Boranını ağzıbağlı tavada bişirin. Duz vurun, sonra ağzıaçıq tavada bir qədər qızardın. Soğan və badamı əlavə edin.



Toyuğu əlavə edin, bıçağın ucunda sarıkök vurun, 20 ml qaynanmış su tökün, tavanın qapağını bağlayıb zəif odda 30 dəqiqə bişirin. 30 dəqiqə ərzində bütün suyu quruyub, ancaq yağı qalacaq.
 



Plov

Tərkibi:


500 q basmati düyüsü
750 q boranı
3 x.q. duz
sarıkök
2 x.q. xama
20 q kərə yağı
80 q ərinmiş yağ
1 yumurta



3 l su qaynadın. 3 x.q. duz əlavə edin. Su qaynayanda düyünü tökün, arada qarışdıra-qarışdıra, yarımbişmiş hala gələndə kubik doğranmış boranını əlavə edin, qarışdırın, 3 dəqiqə bişirin.





Süzün.

Boranı diri qalmalıdır. Azca sarıkök əlavə edin, ehtiyatla qarışdırın.



Qazmaq:
 
Dərin kasaya 1 yumurta qırın, 2 x.q. xama və 4 x.q. süzülmüş düyü əlavə edin (çalışın, içinə boranı qarışmasın, yoxsa yanar), qarışdırın.
 


İri qazanın dibinə 80 q ərinmiş yağ qoyun.



Qaynara düşəndə ocağı azaldın, yumurtalı qarışığı (qazmağı) tökün, hamarlayın, qazanın qapağını örtün, 3-5 dəqiqə bişirin.





Süzülmüş düyünü əlavə edin, əzmədən hamarlayın. Düyünün üstünə parça-parça kərə yağı qoyun.



Qazanın qapağına təmiz, nəm dəsmal çəkin, qazanın ağzını örtün. Ya da qapağa xüsusi "papaq" geydirin. Zəif odda plovu 45 dəqiqə dəmləyin.



Qazmaq asan çıxsın deyə qazanı ocaqdan götürəndə yaş dəsmalın üstünə qoyun.

Boşqaba düyü çəkin, qazmağı bölüb üstünə düzün.





Qarniri yanında, yaxud buluddakı plov təpəciyinin üstündə verin.



Resept və fotolar: İradə, kuharka.ru

Nuş olsun!

Milli.Az 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.