Küncütlü, qozlu peçenye resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağızda dağılan teksturası, qovrulmuş küncütün ətri və qozun ləzzəti ilə birləşən bu peçenye, həm hazırlanmasının asanlığı, həm də uzun müddət təravətini qoruması ilə favoritinə çevriləcək.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
125 qram kərə yağı və ya marqarin (otaq temperaturunda yumşalmış)
Yarım çay stəkanı duru yağ
1 ədəd yumurta (sarısı xəmirə, ağı üzərinə)
1 çay stəkanı şəkər pudrası
1 paket qabartma tozu
1 paket vanil
1 çay stəkanı incə üyüdülmüş qoz
Aldığı qədər un (təxminən 2.5 - 3 stəkan)
Üzəri üçün:
Yumurta ağı
Bol miqdarda küncüt
Hazırlanma qaydası:
Geniş bir qaba yumşalmış kərə yağını, duru yağı, yumurta sarısını və şəkər pudrasını əlavə edib yaxşıca qarışdırın. Üzərinə vanil, qabartma tozu və üyüdülmüş qozu əlavə edin.
Unu az-az əlavə edərək yoğurmağa başlayın. Məqsədimiz ələ yapışmayan, qulaq yumşaqlığında, lakin formasını itirməyən bir xəmir əldə etməkdir. Unu birdən tökməyin ki, xəmir çox bərk olmasın.
Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb ovucunuzda yumrulayın. İstəyə görə bir az yastılaşdıra da bilərsiniz.
Hazırladığınız topları əvvəlcə yumurta ağına, sonra isə hər tərəfini bolca küncütə batırın.
Peçenyeləri yağlı kağız sərilmiş soba qabına düzün. Əvvəlcədən 180°C dərəcə qızdırılmış sobada üzərləri yüngül qızarana qədər (təxminən 20-25 dəqiqə) bişirin.
Əgər küncütləri istifadə etməzdən əvvəl tavada yüngülcə qovursanız, peçenyeləriniz daha ətirli olar.
Peçenyelər sobadan çıxanda yumşaq ola bilər, soyuduqca həmin xırtıldayan formanı alacaq.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Türkiyə millisində Montella ilə bağlı qərar verildi
-
Bakının iki rayonunda bu yollar bağlanır - Sürücülərin diqqətinə
-
Elza Seyidcahan məhkəməni qazandı - Rəşid Mahmudov pul ödəyəcək
-
“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
-
Zaur Baxşəliyev: “Mən çıxana kimi televizorunuzu açmayın, hamı satsın” (Video)
-
Xalq artisti əməliyyat edildi
-
Qızdırıcı cihazlardan istifadə edənlərə xəbərdarlıq
-
Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
-
Bakıda 40 yaşlı kişi 24 yaşlı arvadını bıçaqlayaraq öldürdü
-
Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
-
Tolik əsəbiləşib özündən çıxdı: "Haranın zibilisiniz ki, Alim Qasımovu müzakirə edirsiniz?" (Video)
-
İtkin düşənlərin taleyinin müəyyənləşdirilməsi davamlı sülhün mühüm şərtidir - Əli Nağıyev
-
Azərbaycan Kubokunda ilk oyunlar keçiriləcək
-
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
-
Samranın anası həmin çıxışdan yazdı: “Azərbaycanda rəqibi, 2-ci belə şou göstərən yoxdur" - (Foto)
-
Prezident İlham Əliyev: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
-
August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
-
Ağamirzə vəsiyyətini açıqladı: "Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin"
-
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
-
İranda küçə və yollar su altında qaldı
-
Prezident İlham Əliyev: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb
-
“Milan”da ciddi itki: Bu il oynamayacaq
-
Hava ilə bağlı son məlumat





