Cənub mətbəxinin mövsümi yeməyi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan mətbəx mədəniyyətinin zənginliyi ilə də məşhurdur. Təsadüfi deyil ki, milli mətbəximizdə 2000-ə yaxın xörək növü var. Çeşid-çeşid yeməklər - isti xörəklər, soyuq qəlyanaltılar, şirniyyatlar, çay dəstgahı və sair. Bu dəfə sizə həmin ləziz təamlardan birini təqdim edəcəyik. Bu yemək cənub bölgəsinin unudulmaqda olan ən qədim yeməklərindən biri - şüyüd qovurmadır.
Milli.Az xəbər verir ki, dadlı yeməklər hazırlayan gənc aşpaz Tural Kərimli AZƏRTAC-a bildirib ki, şüyüd qovurmanın tərkibində paxla olduğuna görə bu yemək əsasən may və iyun aylarında yeyilir: "Yeməyin hazırlanması üçün bizə lazım olan ərzaqlar quzu əti, quzu quyruğu, şüyüd, paxla, alça, abqora, duz və istiotdur. Əvvəlcə quyruğu kiçik hissələrə doğrayırıq. Sonra onu isti sacın içərisinə tökürük. Quzu ətini kubik şəklində doğrayıb saca əlavə edirik. Bildirim ki, yeməyin dadlı olması üçün 300 qram sümüksüz quzu əti və 150 qram quyruq lazımdır. Sacda ət və quyruq bişdikcə şüyüdü doğramalıyıq. Bişirəcəyimiz yemək 5 dəstə şüyüd, 200 qram təmizlənmiş paxla, 100 qram alça və 50 qram abqora ilə dəmə qoyulur. Sonra göyərti doğranaraq yeməyin üzərinə səpilir. Nəzərinizə çatdırım ki, paxla qaynadıldıqdan sonra yeməyə əlavə edilməlidir. Sacda bişməkdə olan yeməyin üzərinə duz və istiotumuzu tökürük. 30 dəqiqədən sonra yeməyimiz tam hazırdır".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib





