General Muradov: qalacaq ya gedəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Erməni mediası növbəti dəfə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovu hədəfə alıb. Bu dəfə onun geri çağırıla biləcəyi barədə xəbər yayıblar. Xəbəri yayan "Joğovurd" qəzeti hətta onun yerinə başqa generalın təyinat alması ehtimalının olduğunu da yazıb. "Razılaşmaya əsasən, Rusiya tərəfi 6 aylıq müddət bitdikdən sonra sülhməramlı kontingentin komandirini dəyişə bilər", - deyə qəzet yazır.
Qəzetə açıqlamasında hərbi ekspert Vladimir Yevseyev isə komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini qeyd edib. Rusiya KİV-i isə Rüstəm Muradovun yerinə başqa hərbçilərin də namizəd olduğunu iddia edir. Rüstəm Muradovun namizədliyini Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra müdafiə naziri Sergey Şoyquya təqdim edib. Sonda isə Muradovun dəyişdirilə biləcəyinin gündəlikdə durmadığı vurğulanıb.
Bəs görən nədən ermənilər sülhməramlı qüvvələrinin rəhbərini yenə də hədəfə alıbrlar? Gah onun milliyyəti məsələsini qaldırır, gah da onların deyil, Azərbaycanın maraqlarını ifadə etdikləri barədə cəfəngiyyat yayırlar. Çox güman ki, səbəb rusiyalı generalın ötən ay Ermənistan mediasını, hakimiyyət orqanlarını təxribatçı bəyanatlar səsləndirməkdə ittiham etməsi də ola bilər. Söhbət onun Azərbaycanda olan erməni diversantları azad etmək məsələsində tutduğu mövqe ilə bağlı idi. Özü də tək erməni mediası deyil, deputat, politoloq və rəsmilər də Muradova qarşı ara-sıra tənqidi fikirlər səsləndirirlər.
Məsələn, erməni politoloq Armen Badalyan hesab edir ki, hərbçi Rüstəm Muradov baş nazirə siyasi sillə vurdu, yəni baş nazirin siyasi səviyyəsini sülhməramlı qoşunların komandiri statusuna endirdilər. Onun sözlərinə görə, bu hadisə Ermənistanın hazırkı baş nazirinə siyasi sillə kimi qəbul edilib. "Özünün və baş nazir müavininin mətbuat katibləri qeyd ediblər ki, əsirlər gəlirlər. Sonra isə məlum oldu ki, heç bir əsir yoxdur. Üstəlik, belə desək, Dağlıq Qarabağın komendantı Muradov dedi ki, sizin səlahiyyətli şəxsləriniz sizi aldadırlar", - deyə Badalyan bildirib.
Görünən odur ki, Muradov doğrudan da ermənilər üçün arzuolunmaz şəxsə çevrilir. Və bu səbəbdən də generalı hədəfə alan məqalə və xəbərlərin sayı artmaqda davam edəcəyini gözləmək olar.
Azər Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
31 Mart soyqırımından 108 il ötür
-
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - İcma
-
Millimizin 68 faizi
-
“Erməni xalqı qorxaqdır, gələcəyi yoxdur” - Ovannisyan
-
Ermənistan üçün son 24 saat - Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...
-
"Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır" - Professor açıqladı
XƏBƏR LENTİ
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir





