Ermənistan-Azərbaycan münaqişəsi

Məni ən çox heyrətləndirən Azərbaycan xalqının döyüşkən ruhu oldu - “VICE News” jurnalisti - FOTO

5 Noyabr 2020 11:14
Baxış: 2 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dağlıq Qarabağ münaqişəsindəki hazırkı vəziyyət Azərbaycan hökumətinə hərbi əməliyyatları dayandırmaq tələbi ilə bağlı ictimai təzyiqə gətirib çıxarmadı, bunun tam əksi oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "VICE News" nəşrinin müxbiri, Ermənistanın Bərdə şəhərinə raket zərbəsini işıqlandırmış Hind Həsən öz "Instagram" səhifəsində yazıb.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması zamanı onu daha çox üzləşdiyi bütün əziyyətlərə baxmayaraq Azərbaycan xalqının döyüşkən ruhu heyrətləndirib:

"Müharibənin ən böyük qurbanlarının dinc sakinlər olduğunu görmək ürək ağrıdır, amma burada münaqişənin insani dəyəri cəmiyyətin hökumətə qarşı olmasına gətirib çıxarmadı, tam əksinə, Azərbaycan sakinləri deyir ki, 27 il ərzində diplomatik yolla münaqişənin həllini tapmaq cəhdləri nəticə verməyib və işğal nəticəsində öz evlərini tərk etmiş 700 mindən çox şəxs öz yurduna qayıtmalıdır".

Jurnalist, həmçinin öz yazısına dörd fotoşəkil də əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.