Siyasət

Azərbaycan Prezidenti: Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk

15 Sentyabr 2025 11:06
Baxış: 286

Biz Azərbaycan-Nikaraqua əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Nikaraqua Respublikasının Həmprezidentləri cənab Daniel Orteqa Saavedraya və xanım Rosario Murilyoya bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.

Öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran dövlətimizin başçısı, həmçinin qeyd edib: "İnanıram ki, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.