ABŞ və İran arasında dəniz döyüşü - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oman dənizində iki gün əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin və vertolyotların İrana aid nəhəng "Southys" neft tankerini ələ keçirməsi cəhdi və İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin bu cəhdin qarşısını alması barədə yeni videokadrlar yayılıb.
Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun helikopterindən çəkilmiş görüntülərdə tankeri ABŞ donanmasının iki döyüş gəmisinin və helikopterlərinin təqib etdiyi görünür. Daha sonra kiçik motorlu qayıqlarla hərəkət edən İnqilab Keşikçilərinin dənizçiləri tankerin göyərtəsinə qalxır və heyət üzvlərinin olduğu yerə tərəf gedirlər.
Kadrlardan görünür ki, Keşikçilər Korpusunun iriçaplı pulemyotlarla silahlanmış qayıqları ABŞ döyüş gəmilərini tankerdən uzaqlaşdırmağa çalışır, bu zaman ratsiya ilə atəş xəbərdarlığı edilir. Lakin atəş açılsaydı belə İnqilab Keşikçilərinin pulemyotla silahlanmış bir neçə kateri ABŞ döyüş gəmilərinə qarşı çətin ki, davam gətirərdi.
Xatırladaq ki, İran ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmağa çalışaraq öz neftini müxtəlif yollarla müştərilərə çatdırmağa çalışır, ABŞ isə beynəlxalq sularda İran neftini daşıyan tankerləri ovlamağa çalışır. İndiyədək bir neçə dəfə ABŞ İran neftini ələ keçirməyə nail olub. Oman dənizində baş vermiş qarşıdurmada isə Keşikçilər Korpusu tankeri xilas edib İran ərazi sularına yönəldə biliblər. İran prezidenti İbrahim Rəisi bu nailiyyətə görə İnqilab Keşikçiləri Korpusuna təşəkkür edib. Pentaqon isə insidenti inkar edir.
Oman dənizində baş vermiş qarşıdurmanın görüntülərini təqdim edirik:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Alla Axundova vəfat etdi
-
Lənkəranda ağır qəza - Ölənlər var
-
Yasamalda və bəzi ərazilərdə işıq olmayacaq
-
UEFA Avropa Liqası: İlk oyunların nəticələri
-
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər





