İran

Xameneinin yas mərasiminin tarixi BƏLLİ OLDU

6 Aprel 2026 16:32
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 8, 9 və 10-da İranın əksər bölgələrində İranın keçmiş rəhbəri Əli Xameneinin ölümü ilə bağlı yas mərasimləri keçiriləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İran İslami Təbliğat Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, şəhər meydanlarında matəm və sinə döymə mərasimləri keçiriləcək, ardınca matəm qrupları Xameneinin dağıdılmış iqamətgahına doğru yürüş keçirəcək.

Qeyd edək ki, Əli Xamenei, bir neçə ailə üzvü və silahlı qüvvələrin yüksək rütbəli komandirləri ilə birgə fevralın 28-də ABŞ və İsrail ordularının hava hücumları nəticəsində ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.