İran

İran Hörmüz boğazından keçən neft tankerini saxladı

19 Mart 2026 11:50
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hörmüz boğazını keçməyə cəhd göstərən Barbadosa məxsus neft tankeri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi informasiya yayıb.

"Barbados bayrağı altında üzən nəhəng neft tankeri Hörmüz boğazında SEPAH-ın dəniz qüvvələri tərəfindən dayandrılıb və geri dönməyə məcbur edilib", - deyə xəbərdə bildirilib.

Məlumata görə, tankerdə 160 min ton neft olub. Bu göstərici isə İran tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə uyğun gəlməyib.

Xatırladaq ki, fevralın 28-dən etibarən İsrail Müdafiə Qüvvələri İrana qabaqlayıcı zərbə endirməyə başlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Martın 1-də isə İranın Ali Lideri Əli Xamenei və onlarla yüksək rütbəli şəxs hücumlar zamanı ölüb.İran da öz növbəsində həm İsrailə həm də ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.