İran

SEPAH: Azı 6 ay intensiv hərbi əməliyyatlar apara bilərik

8 Mart 2026 19:59
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın intensiv hərbi əməliyyatlar apara biləcəyini bəyan edib.

Milli.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

SEPAH-ın sözçüsü Əli Məhəmməd Naininin sözlərinə görə, İran Silahlı Qüvvələrinin ABŞ və İsrailə qarşı azı altı ay ərzində intensiv hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər arsenal və resursları var.

O bildirib ki, ballistik raketləri, pilotsuz uçuş aparatları və hücum gəmilərini əhatə edən arsenal genişmiqyaslı və uzunmüddətli müharibə üçün nəzərdə tutulub.

O qeyd edib ki, ABŞ və İsrailin 200-dən çox obyektinə hücum edilib ki, bunların təxminən 60%-i regiondakı ABŞ bazalarına, 40%-i isə İsrail hədəflərinə yönəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.