İran

SEPAH generalının oğlu ÖLDÜRÜLDÜ

10 Yanvar 2026 15:50
Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan general Nurəli Şuştarinin oğlu Fərəcullah Şüştarinin ölümü barədə məlumat yayıb. Hadisə Məşhəd şəhərində baş verib.

Bu barədə Milli.Az "Azad İran" "Telegram" kanalına istinadən məlumat yayıb.

SEPAH-a yaxın olan "Tasnim News" Fərəcullah Şüştarinin etirazçılar tərəfindən öldürüldüyünü iddia edir. Lakin bu iddiaları dəstəkləyən heç bir rəsmi sənəd və ya dəlil təqdim edilməyib.

"Tasnim" birbaşa məsuliyyəti etirazçıların üzərinə qoysa da, ölümün təfərrüatı və səbəbi açıqlanmır.

Qeyd olunur ki, Fərəcullah Şüştari əvvəllər Semnan əyalətinin siyasi və təhlükəsizlik məsələləri üzrə qubernator müavini vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.