İran

İranda polis idarəsinə basqın - ölən və yaralananlar var

4 Yanvar 2026 12:41
Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda polis idarəsinə edilən hücum nəticəsində ölən və yaralananların sayı artıb.

Milli.Az-ın Fars agentliyinə istinadən verdiyi xəbərə görə, Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçılar polis idarəsinə daxil olmağa cəhd ediblər.

Bu zaman silahlı qarşıdurma baş verib və üç nəfər həyatını itirib.

"Mehr" Xəbər Agentliyinin məlumatına əsasən, ölənlərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşı, digər ikisi isə etirazçılardır. Hadisə zamanı bir neçə nəfərin də yaralandığı bildirilir.

Xatırladaq ki, İranda ümumxalq etirazları çərçivəsində bundan əvvəl üç nəfərin öldüyü açıqlanmışdı.

Qeyd olunur ki, son illərdə İranda milli valyutanın dollara qarşı kəskin ucuzlaşması və yüksək inflyasiya nəticəsində ölkədə son üç ilin ən genişmiqyaslı etiraz aksiyaları keçirilir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.