İran

Tehrana hava zərbələri: 78 ölü, 329 yaralı - YENİLƏNİB

13 İyun 2025 17:20
Baxış: 1 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

17:20

İsrailin Tehranda yerləşən yaşayış məntəqələrinə endirdiyi hava hücumları nəticəsində azı 78 nəfər həlak olub, 329 nəfər isə xəsarət alıb.

Bu barədə məlumatı İranın "Fars" agentliyi yayıb.

15:30

İsrailin İranın şimal-qərbində yerləşən Təbriz şəhərinə endirdiyi hava zərbələri nəticəsində 5 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "RİA Novosti" məlumat yayıb.

TASS agentliyi Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin rəhbərinə istinadla xəbər verir ki, İsrailin Təbrizə hücumu nəticəsində ən azı 3 nəfər vəfat edib.

"İsrailin Təbrizə endirdiyi zərbələrdə üç vətəndaşımız həlak olub", - deyə "Tasnim" agentliyi rəsmi şəxsin sözlərini sitat gətirib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.