İran

Rəisinin şərəfinə tarixi yer adı dəyişdirildi

27 May 2024 12:41
Baxış: 1 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı Şərqi Azərbaycan əyalətinin Vərziğan mahalının Dizmar bölgəsinin adı dəyişdirilərək "Şəhid cümhur" ("Cümhur şəhidi") qoyulub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İran mediası məlumat yayıb.

İranın Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri Əli Səlaciqə mediaya açıqlamasında bunun İbrahim Rəisinin xatirəsini əbədiləşdirmək məqsədilə edildiyini deyib.

Qeyd edək ki, Dizmar qoruq ərazisi Şərqi Azərbaycan əyalətinin şimalında Xudafərin, Vərziğan və Culfa rayonlarının qoruq zonasında yerləşən dağlıq və meşəlik ərazidir.

Mayın 19-da burada İran Prezidenti İbrahim Rəisi, XİN başçısı Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Ali-Haşim və başqaları helikopter qəzası nəticəsində həlak olublar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.