İranda ruhanilərin etirazları niyə artır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar İranın ictimai-siyasi həyatında özünü göstərən meyillərdən biri də ruhanilərin mövcud vəziyyətə və hakimiyyətin yürütdüyü siyasətə etirazlarının artması tendensiyasıdır.
Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.
Müəllif qeyd edib ki, İran quruluşunda din xadimləri prinsipcə imtiyazlı təbəqə sayıldığından bu hal və onun səbəbləri, əlbəttə, maraq doğurur.
"İş o yerə çatır ki, bəzən rejimin qırmızı xətlərini keçdiyi üçün tənqidçi ruhanilər təhlükəsizlik qüvvələri tərəfindən həbs olunur, bir çoxları isə ölkədə fəaliyyət göstərən ruhanilər üçün xüsusi məhkəməyə çağırılaraq sorğu-sual edilib müvafiq xəbərdarlıq alırlar. Lakin faktlar göstərir ki, bu tədbirlər artıq səmərə vermir, yəni susdurulan tənqidçi ruhanini bir başqası əvəz edərək daha kəskin tənqidlər səsləndirir. Bu cür tənqidi mövqe əsasən orta və aşağı səviyyəli din xadimləri arasında üstünlük təşkil etsə də, bəzən yüksəkrütbəli ruhanilərin də cəmiyyətdəki vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edən etiraz səsləri də ucalır", - deyə videosüjetdə qeyd olunub.
Müəllif xatırladıb ki, ötən il martın 19-da Qum elmi hövzəsinin nüfuzlu üləmalarından biri sayılan Məhəmməd Cavad Ələvi Borucerdinin ölkədəki durumu kəskin tənqid edən çıxışının görüntüləri yayılıb. Məşhur şiə müctəhidi Hüseyn Təbatəbayi Borucerdinin nəvəsi olan bu ruhani İrandakı vəziyyətin xalq üçün dözülməz həddə çatdığını vurğulayaraq deyib:
"Əhalinin vəziyyəti yaxşı deyil, camaatın güzəranı nəinki yaxşı deyil, çox pisdir. Cənab məsul şəxslər, baş alıb gedən bu inflyasiya əhalinin gününü qara edib, həyatını alt-üst edib. İnsanlar artıq dözə bilmirlər, bu vəziyyətdə yaşamaq iqtidarında deyillər. Bir çarə edin, dörd nəfər iqtisadiyyat mütəxəssisi gətirin, nə bilim, dörd nəfər işbilən adama işi tapşırın. Ət əhalinin süfrəsində çoxdan yoxdur, artıq toyuq da yoxa çıxıb, qalıb yumurta, onun da qiyməti günbəgün qalxır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
İran bunu etsə, “kiberqiyamət” olacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Tehranda “Məkkə İttifaqı”nın görüşündə bəyanat qəbul edildi
XƏBƏR LENTİ
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
-
Üçüncü dünya müharibəsi nə vaxt başlaya bilər: Süni intellekt açıqladı
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq





