İran

İranda məşhur rejissor həbs edilib

15 Avqust 2023 11:34
Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda məşhur rejissor həbs edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Leylanın qardaşları" ("Leila's Brothers") filminin rejissoru Səid Rustayi 6 ay həbs cəzasına məhkum edilib.

Səid Rustayi "Leylanın qardaşları" filmini çəkdiyi və Kann Film Festivalında nümayiş etdirdiyi üçün rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib.

Məlumata görə, hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarılıb.

Qeyd edək ki, Peyman Maadi, Təranə Əlidusti və Nəvid Məhəmmədzadənin də rol aldığı "Leylanın qardaşları" filminin rejissoru Səid Rustayi ötən il Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatını qazanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.