İran

İranın keçmiş prezidentinə cinayət işi açıldı

18 İyun 2023 21:49
Baxış: 1 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın sabiq prezidenti Həsən Ruhani barəsində cinayət məcəlləsinin iki maddəsi üzrə iş açılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran İslam Şurası Məclisinin (Parlament) üzvü Nəsrullah Pejmanfər açıqlama verib.

Onun sözlərinə görə, Həsən Ruhaniyə qarşı 700 min nəfərin şikayətilə bağlı iş prokurorluğa göndərilib, məsələnin ən qısa zamanda araşdırılacağı, onun barəsində həbs-qətimkan tədbiri və ya məhkəmə qərarı veriləcəyi gözlənilir.

Həsən Ruhani birja problemləri və valyuta bazarına müdaxilədə ittiham edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.