İran

"İran rejimi bayram şənliklərinin yeni nümayişlərə təkan verəcəyindən qorxur” - ABŞ institutu

14 Mart 2023 15:00
Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İran rejimi, çox güman ki, bayram şənliklərinin rejim əleyhinə nümayişlərə təkan verə biləcəyindən ehtiyat edir".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, mövcud rejim qarşıdan gələn bayramlarla əlaqədar planlaşdırılan nümayişlərin qarşısını almağa çalışır:

"Bu məqsədlə təhlükəsizlik qüvvələri səfərbər oluna bilər. Tehran əyalətinin hüquq-mühafizə orqanlarının komandanı, briqada generalı Abbas Əli Məhəmmədi dünən, martın 13-də deyib ki, bu gündən etibarən Tehranın hər yerində təhlükəsizlik qüvvələri yerləşdiriləcək".

Məlumata görə, İranda kütləvi zəhərlənmələr davam edir: "Martın 11-13-də ən çox tələbə zəhərlənmələri Xuzistan və Kürdüstan əyalətlərində baş verib. Həmin ərazilər Məhsa Əmaninin ölümü ilə əlaqədar ektiraz aksiyalarının ən güclü şəkildə davam etdiyi 2 əyalətdir. İranın ictimai xadimləri son aylarda davam edən zəhərlənmələrlə əlaqədər rejimi ittiham edirlər. Həmçinin keçmiş Prezident Məhəmməd Xətami də kütləvi zəhərlənmələrə görə rejimi tənqid edir".

Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.