İranın molla rejimi Təbrizdə azərbaycanlı xanım idmançı Məlihə Bəniəsədi həbs edib.
Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
İdmançı və alpinizm üzrə təlimatçı olan Məlihə Bəniəsəd dekabrın 18-də Təbrizdə öz iş yerində rejimin təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
Hələlik azərbaycanlı idmançı qadının həbs səbəbi və harada saxlanıldığı barədə məlumat verilmir.
Milli.Az