İran

İranın daha bir anti-Azərbaycan ekspertindən qərəzli paylaşım

9 Noyabr 2022 12:26
Baxış: 2 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran hökumətinə bağlı siyasi təhlilçi Salar Seyfəddini Azərbaycanı terrorçuları İranla sərhədə yerləşdirməkdə ittiham edir.

O, həm də İranın Azərbaycandakı səfirliyinin qondarma olduğunu bildirir:

"İranın Bakıdakı səfirliyi İsrail səfirliyi ilə birlikdə İsrail və təkfirçi qüvvələrin ölkəmizin şimal-qərb sərhədlərində yerləşdirilməsinin ildönümü münasibətilə təbrik edir. Həmin təkfirçilər ki, Şirazın Şahçıraq ziyarətgahında silahsız insanları qətlə yetiriblər.

Sonra da biz Ay planetində yad qüvvələr və separatçı axtarırıq. Bu səfirliyin İranla heç bir əlaqəsi yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.