Azərbaycan və Belarus müdafiə nazirlikləri ikitərəfli əməkdaşlıq Planı imzalayıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. Azərbaycanın Belarusun müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən Müdafiə naziri hazırda hərbi-texniki sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini və genişləndiyini bildirib.
Qeyd edilib ki, Azərbaycan ilə Belarus beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərir və bütün məsələlərdə qarşılıqlı dəstək verirlər.
Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərinə görə Belarus rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.
General-polkovnik Z.Həsənov Belarusun ölkəmizdə yeni hərbi attaşesi polkovnik Andrey Kaptiloviçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək onun fəaliyyətinin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin inkişafına yönələcəyinə əminliyini ifadə edib.
Tərəflər ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı təhlil edilib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Görüşün sonunda Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Plan ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələləri nəzərdə tutur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb - (Foto - Video)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
XƏBƏR LENTİ
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb





