Maraqlı

İşçilərə iş vaxtından kənar zəng etmək qanunla qadağan edildi

10 Noyabr 2021 09:52
0 Şərh     Baxış: 1 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliya parlamenti işəgötürənlərə iş vaxtı xaricində işçilərə zəng etməyi və ya mesaj göndərməyi qadağan edən qanun qəbul edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, işəgötürən qanunu pozduğuna görə cərimələnə bilər.

Bundan əlavə, rəhbərliyin işçilərə uzaqdan nəzarət etməyinə də icazə verilməyəcək. 

Bununla belə, portuqaliyalı deputatlar iş saatları xaricində iş söhbətlərinin aparıldığı onlayn qrupları söndürmək tələbini qanuniləşdirmək təklifini rədd ediblər.

Qeyd olunur ki, portuqaliyanın əmək qanunvericiliyinə qəbul edilmiş dəyişikliklər 10 nəfərdən az işçisi olan şirkətlərə şamil edilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.