Maraqlı

Amerikalı alim dağıdıcı fəlakətin yaxınlaşması barədə xəbərdarlıq etdi

6 Noyabr 2021 01:32
0 Şərh     Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yerdəki qlobal istiləşmə təbiətdəki su dövriyyəsinə ciddi ziyan vurur və yaxın illərdə dağıdıcı quraqlığa səbəb ola bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə amerikalı alim Piter Qleyk bildirib.

O qeyd edib ki, temperaturun yüksəlməsi su ehtiyatlarının istehlakını artırır.

"Çənlərimizdəki maye daha tez buxarlanır. Əkinləri suvarmaq üçün getdikcə daha çox suya ehtiyac var", - mütəxəssis bildirib.

Onun sözlərinə görə, iqlim tsiklinin dəyişməsi ilə bağlı proqnozlar özünü doğrultmağa başlayır, belə ki, bu prosesin təbiətə təsiri artacaq.

Qleyk təəssüflə qeyd edib ki, siyasətçilər əvvəllər çoxdan gözlənilən kataklizmlər barədə xəbərdarlıq edən alimlərə məhəl qoymayıblar.

"Əgər daha əvvəl reaksiya verilsəydi, qlobal istiləşmənin təsirlərini yumşaltmaq mümkün olardı", - Qleyk əlavə edib..

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.