Maraqlı

PORNOSAYTDA texniki xəta: 1,2 milyon insanın şəxsi məlumatları YAYILDI

29 Oktyabr 2021 09:36
0 Şərh     Baxış: 881
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amerikanın məşhur pornoqrafik saytlarından olan "luscious"un texniki heyəti   kibertəhlükəsizlik baxımından böyük səhvə yol verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yaranmış texniki xəta 1,2 milyon istifadəçinin, o cümlədən 40 min fransızın şəxsi məlumatlarının aşkar edilərək sosial şəbəkələrdə yayılmasına səbəb olub.

Məlumata görə, istifadəçilərin adları, e-mail poçt şifrələri, yaşadığı ünvanlar açıq-aydın üzə çıxıb.

Səhvi aşkar edən "vpnMentor" şirkətinin ixtisaslaşmış tədqiqatçıları ".fr" domeni ilə bitən 13 min elektron ünvanı müəyyən edib. Hətta bəzi istifadəçilərin iş e-mail poçtu vasitəsilə qeydiyyatdan keçərək pornosayta üzv olduqları məlum olub. 

Lakin qarşı tərəf iddia edir ki, heç bir parolun sızmasından söhbət gedə bilməz. Yaranmış texniki xəta 4 gün sonra bərpa edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.