Haqqı gizlətməyə görə niyə böyük əzab vəd edilir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hidayət bahasına azğınlığı və bağışlanmaq müqabilində əzabı satın almış kəslər onlardır. Vay-vay, onlar oda necə də səbirlidirlər!". ("Bəqərə" 175).
Bu ayədən göründüyü kimi haqqı gizlətmək insana iki əzab gətirər: bir tərəfdən hidayəti tərk edər və zəlaləti seçər. Başqa bir tərəfdən isə İlahi rəhmət və bağışlanmanı əldən verər və ağrılı əzaba düçar olar. Allah bu ayədən əvvəlki ayələrdə də haqqı gizlədənləri hədələyərək, onlar üçün 5 əzab vəd edir. Digər ayədə göstərilən əzabı da nəzərə alsaq, bu ayələrin hamısı məhz haqqı gizlətməyə görə 8 əzab vəd edir. Bu işin nə qədər əhəmiyyətli olduğunu bu ayələrdə gələn hədələrdən görmək olur.
"Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od yemək şəklində zahir olacaqdır). Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır". ("Bəqərə" 174).
Həqiqəti gizlətməyin səbəbləri müxtəlif ola bilər. O cümlədən: təəssübkeşlik, təkəbbür, vəzifəsini qorumaq, nəfsinin zəif olması, şücaət hissinin olmaması, malını qorumaq və sair.
Haqqı gizlətmək günahı üçün tövbə kifayət etməz. Həqiqətləri bəyan etməli və etdiyi işdən peşman olmalıdır. Əgər insan həyatı təhlükədə olarsa, həqiqəti gizlətməyin maneəsi olmaz.
Ayələrdən çıxartdığımız nəticələr:
1. Həqiqəti gizlətmək alimlərə aid olan günahlardandır.
2. Həqiqəti gizlətməyin ardınca ağrılı əzab olar.
"O əzab buna görədir ki, Allah kitabı (bütün səma kitablarını) haqq olaraq (düzgün, ali və əqli bir hədəf üçün) nazil etmişdir. Həqiqətən Allahın kitabı (onun hamısının və ya bəzisinin qəbul edilməsi, kəlmələrinin, yaxud mənasının təhrif edilməsi) barəsində fikir ayrılığına düşmüş kəslər uzun-uzadı bir düşmənçilik içərisindədirlər". ("Bəqərə" 176).
Allah ona görə bu qədər əzab vəd edir ki, Allah səma kitabını bizim üçün o qədər aydın və anlaşılan nazil etmişdir ki, heç kəs üçün şübhə yeri qalmasın. Buna baxmayaraq, bəzi insanlar öz şəxsi münafelərini qorumaq üçün səma kitabını başa düşməkdə çətinlik yaradırlar ki, suyu bulandırsınlar və bu bulanıq suda balıq tutsunlar.
Həqiqəti gizlətməyin yollarından biri - fikir ayrılığı yaratmaqdır. Allah bu insanları bədbəxt adlandırmışdır. Bu insanlar həqiqəti gizlətmək üçün münaqişə zəminəsi hazırlayır və insanları onunla məşğul edirlər. Beləliklə deyə bilərik ki, bu insanlar - haqqı gizlədən alimlərdir. Onlar insanlardan həqiqəti gizlədərək onların vəhdətini qırır və ayrılıq salırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazandı
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)





