Cahil insanlarla necə rəftar etməli?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzən belə bir sual hamımızı narahat edir ki, cahil və əxlaqsız insanlarla necə rəftar edək? Bu sualın cavabını əziz Peyğəmbər (s) və İmamların (ə) rəftarlarına diqqət edərək tapmağa çalışaq. (Tebyan)
Qurani-Kərimdə oxuyuruq: "Və Ad qövmünə onların (qəbilə yaxud qan) qardaşı Hudu (göndərdik). O, dedi: "Ey mənim qövmüm, Allaha ibadət edin, sizin üçün Ondan başqa bir məbud yoxdur, məgər (Onun qəzəbindən) qorxmursunuz?". Qövmünün kafir olan böyükləri və başçıları dedilər: "Doğrudan da biz səni səfehlik və nadanlıq içərisində görürük və həqiqətən səni yalançılardan hesab edirik". Dedi: "Ey mənim qövmüm, məndə heç bir səfehlik yoxdur, əksinə, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm"". ("Əraf" 65-67).
Həzrət Peyğəmbərin (s) ən qatı düşmənlərindən biri bir gün günəşin altında yatmışdı və tər başından axırdı. Həzrət (s) oradan keçirdi və bu mənzərəni görən zaman əbası ilə ona kölgə salmağa başladı. Həmin kişi ayılıb Peyğəmbəri (s) gördü və kölgə saldığının şahidi oldu. Bu mənzərədən çox xəcalət çəkdi və Həzrətin (s) ayaqlarına düşdü. Onun tərəfdaşlarından birinə çevrildi. Həzrət Peyğəmbər (s) Həzrət Həmzənin qatilini də bağışladı və Məkkənin fəthindən sonra bütün düşmənlərini əfv etdi.
Həzrət İsa (ə) bir küçədən keçən zaman bir neçə nəfər ona qarşı tərbiyəsizlik edir. Həzrət (ə) isə onlara belə cavab verdi: "Onların nəyi vardısa büruzə verdilər və mən də batinimdə olanı bəyan etdim".
İmam Əli (ə) buyurur: "Saleh əməl sahibləri o kəslərdir ki, ona zülm edənləri bağışlayar".
Bir gün İmam Əli (ə) minbərə çıxmışdı və bir nəfər gəlib sual verir. İmam (ə) həmin sualını tez cavablayır və xəvariclərdən olan bir kişi yerindən qalxıb deyir: "Allah onu öldürsün, nə qədər biliklidir". Başqaları bu sözə etiraz etmək istəyəndə İmam (ə) buyurur: "Onu boş buraxın, o, ancaq məni təhqir etdi".
İmam Səccadın (ə) qohumlarından biri qarşısında dayanıb ona söyüş söyməyə başlayır və Həzrət (ə) cavab vermir. O kişi gedəndən sonra Həzrət (ə) yanında olanlara buyurur: "Mənim ona verdiyim cavabı eşitmək istəyirsiniz?". Dedilər: "Bəli". İmam (ə) başqa yerə yollandı və onlar da İmamla (ə) bir yerdə getdilər. Həzrət (ə) yolda bu ayəni tilavət edirdi: "(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir". ("Ali-İmran" 134). İmam (ə) həmin kişinin evinin qapısına çatır və buyurur: "Ev sahibinə deyin ki, Əli ibni Hüseyn (ə) qapıda dayanmışdır". O, hər cür şər hərəkətə hazır halda bayıra çıxdı və İmam (ə) onu görüb buyurdu: "Qardaş! Sən bir az əvvəl mənim yanıma gəlmişdin və nə istədinsə dedin. Əgər dediklərin məndə varsa, mən elə indi Allahdan bağışlamağımı istəyirəm. Əgər məndə yoxdursa, Allahdan istəyirəm ki, səni bağışlasın. Həmin kişi İmamın iki gözünün ortasını öpdü və dedi: "Mən elə şeylər demişəm ki, sizdə yoxdur və nə demişəmsə, özüm ona layiqəm".
İmam Səccad (ə) duaların birində buyurur: "Allahım, Peyğəmbərə (s) və nəslinə salavat göndər, tofiq ver və yardım et ki, mənə vəfasızlıq edənə qarşı xeyirxahcasına rəftar edəm. Hər kim məndən uzaqlaşır, gözəl şəkildə mükafat verəm. Hər kim məni məhrum edir, ona bəxşiş edəm. Hər kim mənimlə rabitəsini kəsir, sileyi-rəhm edəm. Hər kim mənim qeybətimi edir, yaxşılıqlarını yada salam".
Allah Təala bizləri imamətin həqiqi ardıcıllarından qərar versin
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
XƏBƏR LENTİ
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
"Formula 1" ərəfəsində Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejiminə keçəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)





