Nəfsin 3 mərhələsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əxlaq alimləri nəfsi üç mərhələyə bölmüşdülər: nəfsi-əmmarə, nəfsi ləvamə və nəfsi mütməyinə.
1. Nəfsi-əmmarə.
İnsanı günaha sövq edən və günaha dəvət edən üsyankar nəfsdir. İnsanı hara istəsə çəkə bilər. Çünki ona əmmarə deyərlər. Bu mərhələdə ağıl və iman o qüdrətə malik olmaz ki, bu nəfsi ram etsin. Çox zaman ona təslim olar. "(Yusuf, yaxud Əzizin zövcəsi dedi:) "Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır"". ("Yusif" 53). Bu ayə ona işarə edir ki, bütün pisliklər üsyankar nəfsdəndir. İmam Əli (ə) buyurur: "Nəfs davamlı olaraq itaətsizlik və günah istəyindədir".
2. Nəfsi-ləvamə.
Bu mərhələ isə təlim və tərbiyədən sonra gələr. Bu mərhələdə mümkündür ki, insan hisslərinin itaətsizliyinə görə bəzi xatalar etsin. Ancaq tez peşman olar və özünü danlayar, tövbə edər. "Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)". ("Qiyamət" 2).
3. Nəfsi-mütməyinə.
Bu, elə bir mərhələdir ki, insan elə bir yerə çatar ki, üsyankar hissləri qarşısında təslim olmaz. Çünki ağıl və iman o qədər güclüdür ki, nəfsani istəklərinin ona gücü çatmır. Bu, həmin əminlik mərhələsidir. Bu məqam peyğəmbərlərə (ə) və İlahi İmamlara (ə) aid olan məqamdır. "Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!". ("Fəcr" 27-28).
Nəfsi-əmmarənin xüsusiyyətləri.
1. İstəklərinin itaətkarı olar.
Şeytan pis işləri onun üçün zinətləndirər və qəlbinə pərdə çəkər ki, xeyir və şəri ayıra bilməsin. Həmişə cahil insanlar kimi düşünər. "(Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Qur'an və Peyğəmbər) gəlmişdir". ("Nəcm" 23).
Bəzən o qədər nəfslərinə itaət edirlər ki, ağıl heç bir iş görə bilmir. Bütün işlərini havayi-nəfsinin öhdəsinə qoyur. İmam Əli (ə) buyurur: "Çox sayda ağıllara şəhvət hökumət edər". Bəzən insanın itaəti nəfsi-əmmarədən yuxarıya qədər gedər və nəfsini məbudu bilər. "Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?". ("Casiyə" 23).
2. Kin və düşmənçilik.
Qabil Habili öldürən zaman Allah buyurur: "Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu". ("Maidə" 30).
3. Nəfsin əmr verməsi itə bənzəyər.
"(Musanın zamanında yaşamış alim Bəl'əm Bauranın) hekayətini oxu. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq, azad qoyduq və o) alçaqlığa meyl edərək, yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər". ("Əraf" 176).
Əgər insan nəfsi-əmmarəsinin ardınca gedərsə, İlahi təkamülə çata bilməz. Həzrət Peyğəmbər (s) nəfsi-əmmarə haqqında belə buyurur: "Nəfsin məsəli dəvəquşunun məsəli kimidir ki, çox yeyər, ancaq üzərinə bir şey qoyan zaman uça bilməz. Nəfsin məsəli oleandr ağacı məsəli kimidir ki, rəngi gözəldir, ancaq dadı acıdır". (Tebyan)
Allah Təala bizləri nəfsin tüğyanından amanda saxlasın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
-
"Yarışlara qatılandan məni toylara ÇAĞIRMIRLAR"
-
Bu BÜRClər pul içində üzəcək - Siyahı açıqlandı
XƏBƏR LENTİ
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Gələn həftə 5 gün EVDƏYİK
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Beynəlxalq avtomobil daşımaları ilə bağlı YENİ QƏRAR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şəhər tale kimi: Azərbaycan daş yaddaşından gələcəyin memarlığına doğru
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
-
Əhaliyə PİS XƏBƏR: Bu peşələri süni intellekt əvəz edir - TAM SİYAHI
-
Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürülür
-
Rusiyada təyyarə qəzaya uğradı
-
"Yarışlara qatılandan məni toylara ÇAĞIRMIRLAR"
-
Təqaüd və maaş artımı ilə bağlı VACİB XƏBƏR
-
Kursant yaşadığı mənzildə vəfat edib
-
Almaniyada yaşayış binasında partlayış: Dağıntılar altında qalanlar var
-
Bu BÜRClər pul içində üzəcək - Siyahı açıqlandı
-
ABŞ-də məscidə hücum: Ölənlər və yaralananlar var - VİDEO
-
Rusiya genişmiqyaslı nüvə təlimlərinə başladı
-
Qarabağa gedən yol bu rayonlarda torpağı BAHALAŞDIRDI





