Abortdan sonrakı hamiləliyin ağırlaşmaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abort keçirtmiş qadının hamilə qalmaq və sağlam uşaq dünyaya gətirmək ehtimalı abort olunmamış qadınlarla müqayisədə daha azdır.
Abortdan sonra bir çox qadınların orqanizmində bu və ya digər pozulmalar inkişaf edir - hormonal pozulmalar, iltihablar və s. Məhz bu pozulmalar bəzən hətta sonsuzluğa səbəb olur. Belə sonsuzluq ikincili sonsuzluq adlanır. Bu sonsuzluq formasının əsas səbəbi məhz abortlardır.
Əgər qadın abortdan sonra hamilə qalıbsa, bu zaman hamiləlik zamanı müxtəlif ağırlaşmalar mümkündür.
Bunun səbəblərini izah edək.
- Abort zamanı həkim qadının uşaqlıq boynunu xüsusi alətlərlə genişləndirir. Bu zaman uşaqlıq boynu travma alır, bəzən yırtılır. Bunun nəticəsində qadında uşaqlıq boynu çatışmazlığı inkişaf edə bilər. Bu nə deməkdir? Uşaqlıq boynu bütün hamiləlik zamanı bağlı olmalıdır və yalnız doğuşa yaxın açılmalıdır. Normada bu belə olmalıdır. Abortdan sonra növbəti hamiləlik zamanı travmaya məruz qalmış uşaqlıq boynu doğuş vaxtından tez açıla bilər ki, bu uşaqsalmaya gətirib çıxardacaq. Belə pozulması olan qadına hamiləliyin əvvəlində uşaqlıq boynuna tikiş qoyulur. Bu tikiş doğuşa yaxın sökülür.
- Abort bir çox hallarda bitişmələrə səbəb olur. Bitişmələr həm uşaqlığın daxilində, həm də uşaqlıq borularında əmələ gələ bilər. Bitişmələr uşaqlıq borularının fəaliyyətini pozur ki, nəticədə qadında sonsuzluq inkişaf edə bilər. Bitişmələr həmçinin uşaqlıqdan kənar hamiləliyə səbəb ola bilər. Mayalanmış hüceyrə uşaqlıq borusunun daxilində "ilişir" və burada implantasiya edir (bitişir). Bu isə uşaqlıqdan kənar hamiləlikdir.
- Abort həmçinin uşaqlığın iltihabına səbəb olur. Bu isə sonsuzluğa gətirib çıxarda bilər.
- Abort zamanı həkim tək döl yumurtasını xaric etmir, həkim uşaqlığın selikli qişasını da qaşıyır. Nəticədə uşaqlığın daxili qatı zədələnir. Çoxsaylı abortlar nəticəsində uşaqlığın daxili qatı o dərəcədə zədələnir ki, embrion uşaqlığın daxili qatına implantasiya edə bilmir.
Bəzən isə embrion uyğun olmayan yerdə implantasiya edə bilər (məsələn, uşaqlıq boynuna çox yaxın yerdə). Nəticədə burada cift inkişaf edir. Bu isə hamiləlik zamanı qanaxmalara, hamiləliyin erkən pozulmasına səbəb ola bilər. Əksər hallarda ciftin uşaqlıq boynuna yaxın yerləşməsi Qeysəriyyə kəsiyi əməliyyatının tətbiqinə səbəb olur.
- Nadir hallarda olsa da çoxsaylı abortlar hamiləlik zamanı uşaqlığın yırtılmasına səbəb olur. Bu zaman güclü qanaxma inkişaf edir. Qadının həyatını xilas etmək üçün həkimlər qadının uşaqlığını xaric etməyə məcbur olurlar.
Abortdan ən azı 6 ay sonra növbəti hamiləliyi planlaşdırmaq olar. Bu müddət ərzində qadının orqanizmi bərpa olunur, hormonal fon stabilləşir.
Hamiləliyi planlaşdıran qadın mütləq ginekoloqa müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
F1-də yarışlarının məsafəsi qısaldılacaq
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
XƏBƏR LENTİ
-
F1-də yarışlarının məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)





