Körpənin ağlaması ziyanlıdırmı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həyatın ilk 3 ayı ərzində körpələrin əksəriyyəti çox ağlayır. Bu təbii haldır. Uşaq onun üçün yeni olan mühitə öyrəşir.
Bu öyrəşmə müəyyən vaxt tələb edir. Digər tərəfdən ana da bu müddət ərzində uşağı anlamağa, onun nə istədiyini başa düşməyə öyrənir.
Əvvəllər belə hesab olunurdu ki, uzunmüddətli ağlama uşağın səhhəti üçün ziyanlı deyil. Müasir pediatriyada bu fikir yanlış sayılır. Uzunmüddətli ağlama uşağın sinir sisteminə mənfi təsir edir, onun normal inkişafına mane olur, hətta gələcəkdə onun xasiyyətinin formalaşmasına təsir edir. Tədqiqatçılar hesab edirlər ki, əgər körpənin ağlamağına daim reaksiya verilmirsə, daha sonra belə körpələrdən laqeyd, digər insanların hisslərinə əhəmiyyət verməyən, həyata və insanlara çətinliklə uyğunlaşan insanlar formalaşır.
Körpənin uzunmüddətli ağlamağı onun tək sinir sisteminə deyil, nəfəsalma sisteminə də mənfi təsir edir. Uzunmüddətli ağlama zamanı ağ ciyərlərin aşağı hissələrinin ventiləsiya prosesi (oksigenlə təchiz olunması) pozulur. Bu isə pnevmoniya, pnevmoskleroz və s. kimi ağır ağ ciyər pozulmaların riskini artırır.
Beləliklə, "uşaq ağlayanda onun ağciyərləri açılır" kimi iddia tam yanlışdır.
Əvvəllər belə hesab olunurdu ki, əgər ana uşağın ağlamağına dərhal reaksiya verərsə, uşağın xasiyyəti korlanacaq, uşaq ərköyün böyüyəcək. Lakin körpə uşaqlara bu aid deyil. Əksinə körpəni ananın laqeydliyi korlaya bilər.
Bütün bu səbəbləri nəzərə alaraq ana uşağın ağlamağına dərhal reaksiya verməli, onun ehtiyacını ödəməlidir.
Sağlam körpə səbəbsiz ağlamır. Ağlamağın səbəbi arasında: körpə ana üçün darıxır; körpə acdır; körpəni qarın köpü narahart edir (adətən 3-4 ayına kimi); körpəni nəm və çirkli əsgilər narahat edir; körpənin dərisində problemlər var və bu ona diskomfort verir; körpəyə soyuqdur və ya istidir; körpə yorulub, lakin yuxuya gedə bilmir.
Bundan əlavə havanın dəyişilməsi, havada təzyiqin artması, Gündə baş verən dəyişikliklər sə körpəyə təsir edir. Ananın pis əhval-ruhiyyəsi, ananın gərgin və əsəbi olması uşağa mənfi təsir edir və uşaq daha narahat, ağlağan olur.
Körpə ağladıqda ana buna dərhal reaksiya verməli, uşağı qucağına almalıdır, bezini dəyişməli, dərinin vəziyyətinə fikir verməlidir (bişməcələr varsa - dəriyə xüsusi krem çəkin). Uşağı köp narahat edirsə, ona masaj edin, qarının üzərinə isti əsgi qoyun (isti ütü ilə ütüləyin və sonra qarnına qoyun), körpəni qarının üzərinə qoyun. Bu vasitələr bağırsaq yelin daha tez və asan çıxmasına kömək edir.
Əmizdirmə uşağı sakitləşmək və yuxuya vermək üçün ən yaxşı vasitədir (ağlamağın səbəbindən asılı olmayaraq).
Bir çox uşaqları çimmə çox yaxşı sakitləşdirir.
Əgər bütün cəhdlərinizə baxmayaraq körpə ağlamağa davam edirsə, pediatrla məsləhətləşin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milyonlarla izləyicisi olan iti oğurlayıb yedilər
-
“Uzak Şehir”in ulduzları arasında gizli münasibət ortaya çıxdı
-
Instagrama pullu abunəlik Rusiyada ekstremistlik sayılacaq
-
Mingəçevirdə külək ağacları aşırdı, yollar bağlandı
-
Ukraynada azərbaycanlı meri bıçaqlayan TUTULDU
-
Tramp İrandan tələblərini açıqladı
-
ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - FOTO
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
-
"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı
-
Sabahın havası onlarda narahatlıq yarada bilər
-
"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"
-
“Barselona”nın 2 həftə vaxtı qaldı
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
"Qarabağ"ın legioneri milliyə çağırıldı
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto





