Türkiyəli müğənni Soner Sarıkabadayı ilk dəfə oğlunun üzünü göstərib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladını 1 yaşı münasibəti ilə İnstaqram hesabında təbrik edib. O, Hasanın şəklini paylaşaraq bunları yazıb:
"Oğlum Hasan Matias 1 yaşına girdi. Birlikdə sağlam, xoşbəxt illərimiz olsun. Səni çox sevirik".
Qeyd edək ki, Kabadayı ötən ilun fevralında Kolumbiyanın "Gözəllik kraliçası" olan Kamelo Lopezlə nişanlanıb. Cütlüyün bir övladı var.
Milli.Az