İlk dəfə oğlunun üzünü göstərdi - FOTO

8 Oktyabr 2021 10:06

Türkiyəli müğənni Soner Sarıkabadayı ilk dəfə oğlunun üzünü göstərib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  sənətçi övladını 1 yaşı münasibəti ilə İnstaqram hesabında təbrik edib. O, Hasanın şəklini paylaşaraq bunları yazıb:

"Oğlum Hasan Matias 1 yaşına girdi. Birlikdə sağlam, xoşbəxt illərimiz olsun. Səni çox sevirik".

Qeyd edək ki, Kabadayı ötən ilun fevralında Kolumbiyanın "Gözəllik kraliçası" olan Kamelo Lopezlə nişanlanıb. Cütlüyün bir övladı var.

Milli.Az