Maraqlı

Blue Origin əməkdaşları şirkət raketlərini təhlükəsiz hesab etmirlər

7 Oktyabr 2021 21:20
0 Şərh     Baxış: 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Blue Origin əməkdaşları Jeff Bezos-un şirkətini toksiklikdə və qeyri təhlükəsizlikdə günahlandırıblar. Bu barədə Business Insider saytı xəbər verib. Şirkətin keçmiş və hal hazırki əməkdaşları xüsusi bəyanat təqdim ediblər və həmin bəyanat şirkətin əməkdaşlar ilə qarşılıqlı əlaqə üzrə keçmiş rəhbəri Alexandra Abrams tərəfindən imzalanıb. Əməkdaşlar şirkət daxilində seksual təqiblərin, seksizmin, tabe olanların fikirlərinə hörmətsizliyin və aşağı səviyyədə təhlükəsizliyin olduğunu bildiriblər.

Bəyanatı təqdim etmiş şəxslər əlavə olaraq qeyd ediblər ki, şirkət bu cür faktların açıqlanmaması üçün işçilər ilə sərt müqavilələrin bağlanmasını məcbur edir. Bəyanatda mühəndislərdən biri qeyd edib ki, yaxşı ki, şirkətin uçuş missiyaları çərçivəsində ciddi nəsə olmayıb. Digər əməkdaşlar da mühəndisin fikirləri ilə razılaşıblar və bildiriblər ki, onlar Blue Origin-in kosmik gəmisi ilə səyahəti seçmək istəməzdilər. Bununla yanaşı məlum olub ki, təhlükəsizlikdən cavabdeh olan mühəndislər vaxtı-vaxtında öz əmək haqlarını əldə edə bilməyiblər.

Əməkdaşlar əlavə ediblər ki, şirkət daxilində yerinə yetirilən işlərin keyfiyyətlərinə görə yox, onların sürətlə yerinə yetirilmələrinə görə əlavə bonuslar nəzərdə tutulub. Onların sözlərinə əsasən 2018-ci ildə raket mühərriklərindəki nasazlıqları əhatə edən problemlər üzrə 1000-ə yaxın hesabat tərtib edilib. Lakin şirkət bu hesabatlara reaksiya verməyib. Qeyd etmək lazımdır ki, şirkətin New Shepard kosmik gəmisi 16 uğurlu uçuşu reallaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.