Maraqlı

14 il sonra arvadının yalan danışdığını öyrəndi: Gələn zəng hər şeyi dəyişdi - SAXTA İMİŞ

3 Oktyabr 2021 18:55
0 Şərh     Baxış: 2 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14 il əvvəl ABŞ-da tanış olduğu qadınla evlənən türkiyəli Fazıl adlı şəxs boşanmaq üçün məhkəməyə müraciət edib.

Milli.Az mətbuat.az-a istinadla bildirir ki, buna səbəb həyat yoldaşının ona yalan danışmasıdır. Bildirilir ki, 14 il əvvəl tanışlıq zamanı xanım ona ali təhsilli olduğunu ifadə edib. Lakin illər sonra ailə başçısı qadının diplomunun saxta olduğunu öyrənib. Məlumata görə, diplomun saxta olmasının üzə çıxmasından ehtiyat edən qadın işləmək istəməsə də, ərinin təklifindən sonra müəllimə işləməyə başlayıb.

Lakin təhsil ocağının rəhbərliyi ailə başçısına zəng edərək, həyat yoldaşının diplomunun saxta olduğunu deyib. Arvadının yalanı üzə çıxandan sonra ailə başçısı boşanmaq üçün iddia qaldırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.