Maraqlı

İnanılmaz rekord: dalbadal 30 böyrək köçürüldü - FOTO

21 Fevral 2012 11:48
0 Şərh     Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az "The New York Times"a istinadən bildirir ki, "transplantasiya dominosu" 60 cərrahiyyə əməliyyatından ibarət olub. Əməliyyatda 11 ştatın 17 klinika və hospitalı iştirak edib.

Transplantasiya əməliyyatları zamanı domino prinsipindən donor böyrəyinin resipientin orqanizminə uyğun gəlmədiyi zaman istifadə olunur. Əməliyyatlar seriyasında iştirak üçün həkimlər uyğun cütlükləri seçirlər. Bu insanlar hər resipient üçün başqa cütlükdən uyğun böyrəyin olması prinsipi ilə keçirilir.

"Transplantasiya" dominosu zəncirindəki ilk donor böyrəklərini 2011-ci ilin avqustun 15-də itirib.

Kaliforniya ştatındakı Riversayd şəhərində 44 yaşlı Rik Ruzzamenti donorluğa razılaşmışdı.
İki əməliyyat arasında ən uzun müddət isə 2 ay olub. Son transplantasiya əməliyyatı ötən ilin dekabrın 20-də Çikaqodakı Loyola Universiteti nəzdindəki Tibb Mərkəzində aparılıb.

Bu zaman Texas ştatının 59 yaşlı sakini Şerri Qliçovskinin böyrəyi İllinoysun 47 yaşlı sakini Donald Terriyə köçürülüb.

ABŞ-dakı Milli Böyrək Reyestrinin (National Kidney Registry) yaydığı bəyanatda deyilir ki, bu əməliyyatlar seriyası domino prinsipi ilə aparılmış transplantasiyalar arasında 124-cüdür.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


























Fotolar: The New York Times, ABC
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.