Allergiyanın müalicəsi prinsipləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allergiyanın müalicəsinin əsas prinsipi ilk növbədə allergenlə olan təmasın (əlbəttə ki, diaqnoz dəqiq şəkildə müəyyən edildikdən sonra) qarşısını almaqdan ibarətdir.
Bir çox hallarda bunu etmək o qədər də asan olmur, bəzi hallarda isə sadəcə olaraq, mümkün olmur. Məsələn, bitkilərin aktiv şəkildə çiçəkləndiyi dövrdə onların tocuqları ilə təmasdan qaçmaq olmur. Buna baxmayaraq, demək olar ki, hər bir halda bu allergenlərin konsentrasiyasıyasını (miqdarını) azaltmaq (məsələn, məişət tozu), və onlardan (məsələn, ev heyvanları) ümumiyyətlə qurtulmaq olar.
Allergiyanın kəskinləşməsi zamanı müalicəsi üçün müxtəlif dərman preparatlarından (antihistamin preparatları, kortikosteroidlər və s.) istifadə olunur. Bu preparatların bəziləri allergiyaların istənilən formalarında, digərləri isə - yalnız müəyyən simptomlara qarşı (məsələn, bronxial astma xəstəliyində) tətbiq edilir.
Allergiyanın müalicəsi zamanı dərmanlar mütləq həkim tərəfindən təyin edilməlidir. Özbaşına allergiyanı müalicə etməyə cəhd etməyin - bu təhlükəlidir!
Allergiyanın müalicə üsullarından biri də - alleqovaksinasiyadır.
Allerqovaksinasiyanın prinsipi ondan ibarətdir ki, allergiyası olan xəstəyə, immun sisteminin reaksiya verdiyi allergenlər əsasında hazırlanmış preparatlar inyeksiya (iynə) şəklində vurulur. Preparatların dozası az-az və tədricən artırılır. Bunun nəticəsi olaraq, immun sistemi sanki bu allergenə qarşı "öyrədilir" və orqanizm ona qarşı müdafiə substansiyaları (maddələri) hazırlamağa başlayır.
Belə inyeksiyalar (iynələr) mütləq həkim-allerqoloqun nəzarəti altında və yalnız təxirəsalınmaz yardım üçün dərman maddələri ilə tam şəkildə təmin olunmuş xüsusi tibb müəssisələrində aprılır.
Allerqovaksinasiya - uzun bir proses olub bir neçə il ərzində davam edə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO
-
"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?
-
Tanınmış vəkil vəfat etdi
-
“Muradı mən yoldan çıxardım”





