Maraqlı

Hansı peyvəndlə daha çox ölkəyə səyahət etmək olar?

3 Sentyabr 2021 11:06
0 Şərh     Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa qarşı vaksinlərin reytinqi hazırlanıb.

Siyahı bu və ya digər peyvəndi təsdiq etmiş dünya ölkələri sayına əsasən tərtib edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, reytinqdə ilk yeri "AstraZeneca" vaksini tutur. Preparat dünyanın 144 ölkəsində tanınır. Bu isə o deməkdir ki, adıçəkilən peyvəndlə vaksinasiya olunanlar həmin ölkələrə PCR testi və karantin müddəti olmadan səyahət edə bilərlər.

Dünyanın 125 ölkəsində təsdiq edilmiş "Pfizer" peyvəndi siyahının ikinci pillsində qərarlaşıb.

İlk üçlüyü 86 ölkəyə maneəsiz səyahət imkanı verən "Moderna" vaksini tamamlayır.

Reytinqin dördüncüsü olan "Sinovac" isə hələ ki, yalnız 48 ölkə tərəfindən təsdiq olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.