Maraqlı

Bu ölkə koronaya qalib gəldi: Bütün qadağalar götürülür

31 Avqust 2021 22:01
0 Şərh     Baxış: 2 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Danimarka hökuməti koronavirusa qalib gəldiyini elan edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, rəsmi Kopenhagen "COVID-19"la bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün hərəkətə keçib.
Qeyd olunub ki, qadağalar iki həftə ərzində qüvvədən düşəcək.
Ölkədə hazırkı vəziyyəti şərh edən səhiyyə naziri Maqnus Hoynike "virus nəzarət altındadır",- deyə bildirib.
Vurğulanıb ki, vətəndaşların 70 faizindən çoxu vaksinasiyada iştirak edib.
Qeyd edək ki, Danimarka sərt karantin rejiminə keçən ilk ölkələrdəndir. Son həftələrdə ictimai nəqliyyatda maska tələbi ləğv edilib.
Koronavirus pasportunun tələbi isə iki həftə sonra deaktiv olacaq.

Bu ölkə koronaya qalib gəldi:  Bütün qadağalar götürülür

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.