Maraqlı

Millimizin keçmiş voleybolçusu Ukraynada toy etdi - FOTOlar

24 Avqust 2021 20:18
0 Şərh     Baxış: 2 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub.

Milli.Az apasport.az-a istinadən xəbər evrir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub.

Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. 

Cütlük şad gününü Kiyev vilayətində qeyd edib. Onlar yaxınlarını "Şilin" istirahət mərkəzinə toplayıb. Onlar toyun ardınca bal ayı üçün Yunanıstanın Krit adasına yollanıblar. 

Qeyd edək ki, Yakimçuk karyerası ərzində "Kruq Çerkassı" (2008/09), "Lokomotiv Biləcəri" (2012/13), "Monako" (2014/15, 2015/16) və "Makkabi Hadera Hafer"də (2017/18, 2018/19) çıxış edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.